Bütün dünyada ciddi dəyişikliklərə səbəb olan epidemiya Küveyt xalqının gündəlik vərdişlərinə də təsir göstərib.
Unikal.org xəbər verir ki, Küveyt xalqı yeni növ koronavirus (COVID-19) epidemiyasına olan sevgilərini ifadə etməyi üstün tutduqları salamlarından imtina ediblər.
Mövzu ilə bağlı fikirlərini bölüşən Jurnalist Tarık ed-Durays, Küveytdə insanların bir-birlərini sevdiklərini daha yaxşı göstərmək üçün salamlaşdıqlarını və qucaqladığını, ancaq Səhiyyə Nazirliyinin çağırışlarından sonra uzaq salamlarla məmnun olduqlarını bildirib.
Durays, insanların bir müddət salamlaşmaq və qucaqlaşmaq qorxusunun ola biləcəyini və bu istiqamətdə sosial araşdırmaların vacib olduğunu söyləyib.
Qeyd edək ki, Küveytdə fevralın 22-də ilk dəfə görülən virus səbəbindən 7 nəfər ölüb və yoluxanların sayı isə 915 minə çatıb.