Pilotsuz uçuş aparatları Qərbi Afrika ölkəsi olan Qanada yeni növ koronavirus (COVID-19) ilə mübarizə üçün istifadə olunur.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, kənd yerlərində COVID-19 sınaqlarını daha sürətli başa çatdırmaq üçün pilotsuz uçan aparatlardan istifadə olunur.
Paytaxt Akkra və ölkənin 2-ci ən böyük şəhəri Kumasinin kənd yerlərində təxminən 1000 sağlamlıq mərkəzində edilən COVID-19 müayinələri pilotsuz uçuş aparatları ilə mərkəzdəki xəstəxanalara gətirilir.
Pilotsuz uçuş aparatları, Ruanda kimi, Qanadan başqa bəzi Afrika ölkələrində qan, peyvənd və tibbi ləvazimatlar daşınması üçün istifadə olunur.
Qeyd edək ki, Qanada 42 nəfərdə virus aşkar edilib, COVID-19 səbəbiylə 9 nəfər həyatını itirib.