Braziliya Prezidenti Jair Bolsonaro, koronavirusunun yeni növünə qarşı etiraz tədbirlərinin nümayiş olunduğu nümayişdə iştirak edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusunu ciddi qəbul etməyən və bunun “kiçik bir qrip” olduğunu bildirən Braziliya Prezidenti Jair Bolsonaro, koronavirusu səbəbiylə əyalət qubernatorları tərəfindən tətbiq edilən karantinin qaldırılmasını tələb edən etirazçıların paytaxt Brazilyadakı nümayişinə qatılıb.

Sosial məsafə qaydasını  pozan Prezident Bolsonaro, şousunda maska taxmadan tez-tez öskürdüyü görüntülənib.  Demək olar ki, 600 etirazçı orduya, korona virusu pandemiyasına qarşı görülən tədbirlərə müdaxilə etməyə, Ordu Qərargahının qarşısına toplaşaraq ölkədəki karantin tədbirlərini dəstəkləyən Braziliya Milli Konqresinə hərbi müdaxilə tələb edib. 

Belə ki, nümayişçilərə müraciət edən Bolsonaro, “Sənə inandığım üçün buradayam. Braziliyaya da inandığın üçün buradasan” deyə müraciət edib. 

Cənubi Amerika  öılkəsi olan Braziliyada  son 24 saat ərzində yeni növ koronavirusun (Kovid-19) yayılması səbəbindən 115 nəfər ölüb. Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, virus səbəbiylə ölənlərin sayı 115 artaraq 2 min 462-yə, virusa yoluxanların sayı isə 2 min 55 ilə 38 min 654-ə yüksəlib.