Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar davam etdirilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə məşhur Oksford Universitetində koronavirusa qarşı hazırlanılacaq peyvəndlə bağlı araşdırma aparılıb.
Universitetin Peyvənd Elmləri professoru Sarah Qilbert hazırlanılacaq potensial peyvəndin insanları ömür boyu qoruya bilməyəcəyini bildirib. Onun sözlərinə görə, insanlar ildə bir dəfə koronavirusa qarşı peyvənd vurulmalı olacaq.
Qeyd edək ki, dünyada koronavirusa 2 milyon 400 mindən çox insan yoluxub.