Çində meydana gələn koronavirus qlobal pandemiyaya çevrildikdən sonra ölkədə bəzi yeni qadağalar qoyulub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, artıq Çində tez-tez qida kimi istifadə olunan "Bambu siçanı"nın yeyilməsi qadağan olunub. Məlumat üçün bildirək ki, bu siçanların boyları 50 santimetrə, çəkiləri isə 11 kiloqrama çata bilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom da bir müddət öncə Çində fəaliyyət göstərən vəhşi heyvan bazarlarının yalnız xüsusi şərtlərlə yenidən açılmalı olduğunu bildirmişdi.
Qeyd edək ki, sözü gedən ölkənin Şençjen şəhərində 1 may tarixidən etibarən it və pişik ətlərinin satılması qadağan edilib.