İngiltərədə yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı yenidən artıb.

Unikal.org xəbər verir ki, son 24 saat ərzində ölkədə daha 449 nəfər pandemiyanın qurbanı olub. Bununla da İngiltərədə koronavirusdan ölənlərin sayı 16 509-a çatıb.

Son sutka ərzində isə virusa yoluxanların sayı 4 676 nəfər artaraq ümumilikdə 120 067-ə yüksəlib.