Koronavirus səbəbindən küçəyə çıxmanın qadağan olunduğu ölkələrdən biri olan Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında insident yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Fransa höküməti tərəfindən keçələri dezinfeksiya etmək məqsədilə istifadə olunan kimyəvi suda Covid-19"-a rast gəlinməsi olub.
Sabah saatlarında Əlcəzair əsilli jurnalist polislə etirazçılar arasında yaşanan insidenti lentə alaraq yayımlayıb. Daha sonra o, bu səbəbə görə polisin hücumuna məruz qalıb.
Taha Buhafs adlı jurnalist baş verənləri haqsızlıq adlandırıb.