ABŞ-da koronavirus təhlükəsi səbəbindən evdən yayıma bağlanan müxbir diqqətsizlik edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Melinda Meza evinin hamam otağında canlı efirə qoşulub. Onun arxasındaki güzgüdə isə həyat yoldaşının yuyunduğu görünüb.
Evdə saç baxımı ilə bağlı məsləhətlər verən Meza bununla da sosial şəbəkənin gündəminə düşüb. Telekanalın mərkəzində məsələnin fərqinə varılıb və yayım tezliklə başa çatdırılıb.