Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun dəyişdirilmədiyini və ya laboratoriyalarda istehsal edilmədiyini və bütün dəlillərin virusun heyvanlara aid olduğu qənaətinə gəlindiyini açıqlayıb.
Unikal.org xəbər verir ki, Amerika mətbuatı Çinin Vuhan şəhərindəki laboratoriyada qabaqlayıcı tədbirlərin görülmədiyi ilə bağlı ABŞ Xarici İşlər Nazirliyinin hələ yanvar ayında məlumat aldığını yazıb. Xarici İşlər naziri Pombeo açıqlamasında bu virusun laboratoriyadan yayıldığına dair informasiyaların olduğunu bildirib.
Bu açıqlamalardan sonra araşdırmalara başlayan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) deyilənlərin həqiqət olmadığı və bu virusun heyvanlardan yayıldığı qənaətinə gəlib.