Bünyada insanları təşvişə salan yeni növ koronavirusun (Covid-19) ən çox yayıldığı ölkələrdən biri də İngiltərədir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sözü gedən ölkədə koronavirusa yoluxan və 6 gün komada qalan Ruth Andryu yaşadıqları ilə bağlı açıqlama verib.

O bildirib ki, reanimasiya otağı cəsədlərlə dolu imiş. "Həkimlərdən soruşdum: Sırada mən varam?" deyə 36 yaşlı qadın əlavə edib.

O, həmçinin 4 koronavirus xəstəsinin can verdiyi anları gördüyünü qeyd edərək bütün səhiyyə işçilərinə təşəkkür edib.