Yeni növ koronavirusun (Covid-19) qurbanlarının sayı durmadan artır.

Unikal.org xəbər verir ki, koronavirusun ən geniş yayıldığı ölkə olan ABŞ-da son sutka ərzində 1 684 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkədə koronavirus səbəbindən ölənlərin sayı 42 374-ə çatıb.

ABŞ-da eyni zamanda 28 174 yeni yoluxma faktının aşkarlanması ilə pandemiyaya yoluxanların sayı 787 960-a yüksəlib.