Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirus xəstəliyinə qalib gəlib. Bu barədə Mirvari xanım özü Facebool hesabından məlumat yayıb. 1 ay öncə yaşadığı Fransada koronavirusa yoluxan M. Fətəliyeva indi özünü yaxşı hiss edir.
Unikal.org xəbər verir ki, onun bu barədə yazdığı statusu təqdim edir:
"Əziz doğmalar, dostlar, tanışlar!
Bir aydan çox sürən Covid-19 xəstəliyni artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim.
Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dərmanlardan güclü oldu.
Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühim olduğunu bir daha anladım.
Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.
Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riyayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq".