Van şəhərində insanları həyəcanlandıran görüntü lentə alınıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, dostu ilə gəzməyə çıxan Mehmet Şeşen Van gölündə naməlum bir canlının sürətlə hərəkət etdiyini görüb. O, həmin anları mobil telefonu vasitəsilə lentə alıb. 

30 yaşlı hadisə şahidinin sözlərinə görə, gördükləri məxluq qara rəngli və parlaq bir canlı olub. Mehmet Şeşen öz təxminlərinə görə həmin canlının Van gölü canavarı ola biləcəyini bildirib.