Şimali Koreyanın lideri Kim Çen In-ın ürək əməliyyatı keçirdiyi və ağır xəstə olduğuna dair xəbərlər yayılmışdı.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, Şimali Koreya rəhbərliyi tərəfindən edilən açıqlamada bir müddətdir xalqın qarşısına çıxmayan 36 yaşlı ölkə liderinin xəstə olduğu barədə yayılan məlumatların yanlış olduğu bildirilib. 

Onun 1994-cü ildə vəfat edən babası və Şimali Koreyanın qurucusu Kim İl-Sungun doğum günündə iştirak etməməsi diqqətləri cəlb etmişdi.

Kim Çen In axırıncı dəfə 12 aprel tarixində əsgərlərlə hərbi təlimlər keçirərkən ictimaiyyət qarşısına çıxıb.