İngiltərənin Səhiyyə Naziri Matt Hancock potensial koronavirus peyvəndinin hazırlanması ilə bağlı açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, peyvəndin 23 aprel tarixində insanlar üzərində sınanmasına başlanacağını bildirib. Ölkənin Səhiyyə Naziri həmçinin Oksford Universiteti və Londonun İmperial Kollecinə klinik araşdırmalar üçün 20 milyon funt sterlinq (420 milyon manat) maliyyə yardımı ediləcəyini də açıqlayıb. 

Qeyd edək ki, dünya üzərində 70-dən çox ölkə koronavirusa qarşı peyvənd tapmaq üçün araşdırmaları davam etdirir.