Rusiyada şəhər merinin başına kurioz hadisə gəlib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Gelencik şəhərinin meri Aleksey Boqodistov "Instagram"da canlı yayım etdikdən sonra onu bağlamağı unudub.
Canlı yayımın davam etdiyindən xəbəri olmayan mer ayağa qalxdıqdan sonra köməkçisi Skorikova adlı qadını təhqir etməyə başlayıb.

Təbii ki, həmin zaman canlı yayım izləyiciləri onun bu ifadələrini eşidiblər və Aleksey Boqodistov sosial şəbəkədə gülüş hədəfinə çevrilib.