Dünya koronavirusla mübarizə apararkən Hollandiya höküməti maraqlı qərar qəbul edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə 11 may tarixində ibtidai siniflərin dərslərinin keçirilməsi bərpa olunacaq. Bu barədə Hollandiyanın Baş Naziri Mark Rutte keçirdiyi mətbuat konfransında məlumat verib.
Toplu mərasimlərin keçirilməsin 1 sentyabr tarixinədək icazə verilməyəcəyini qeyd edən Mark karantin qaydalarının bir anda aradan qaldırılmasının təhlükəli olduğunu bildirib.
Qeyd edək ki, sözü gedən ölkədə koronavirusa yoluxma halları hələ ki sona çatmayıb.