Malayziyada son 4 ayda 38 mindən çox insanda ağcaqanad dişləməsi ilə ötürülən Denge qızdırması görülüb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin veb saytının məlumatına görə, ölkədə artan xəstəliklərin olduğunu bildirən Denge 29 dekabr 2019-cu il tarixdən 21 aprelə qədər ölkə daxilində 38 min 240 insanda yoluxma halı aşkar edilib.

Ən çox halın müşahidə edildiyi Selangor əyalətində və paytaxt Kuala Lumpurda isə 2 min 906 hadisənin olduğu qeyd olunub. 

Ölkədə denge qızdırması hallarının yeni koronavirus (COVID-19) ilə müqayisədə daha çox olduğunu izah edən Səhiyyə Nazirliyi, dengenin təhlükəsinin qiymətləndirilməməsi lazım olduğunu bildirib.

Denge qızdırması virusu insanlara ağcaqanad vasitəsi ilə ötürülür. İnkubasiya dövründən sonra yüngül atəşə səbəb olan xəstəlik bəzi hallarda ölümcül ola bilər.

Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun müddət davam edən yağışlar ağcaqanadların malyariya və denengin artmasına səbəb olur.