Nigeriyanın Kano əyalətində hələ başa düşülməyən sirli bir xəstəlikdən 150 nəfər həyatını itirib. 

Unikal.org Nigeriya KİV-ə istinadən xəbər verir ki, Aminu Kano Təhsil Xəstəxanasının Epidemik Xəstəliklər şöbəsinin müdiri İsau Abubakar, Kano əyalətində Cümə günündən Bazar gününə qədər hələ təyin etmədikləri bir xəstəlik səbəbiylə 150 adamın öldüyünü bildirilib.

Abubakar, həyatını itirənlərin əksəriyyətinin 60 yaşdan yuxarı olduğunu söyləyib.

“Fərqli bir xəstəlik ola bilər, ancaq qısa müddətdə bu qədər insanın öldüyü normal deyil” deyə ifadəsində bildirib. 
 

Son beş gündə, COVID-19 püskürməsi səbəbindən 1 həftəlik komendant saatı elan edilən Kanoda 23 koronavirusa yoluxma halı aşkar edilib.

Qeyd edək ki, indiyə kimi Nigeriyada koronavirusa 665 nəfərdə yoluxma halı aşkar edilib,  22 adam isə virus səbəbiylə ölüb.