Çində koronavirusa yeni yoluxma faktları aşkarlanıb.

Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində daha 30 nəfər koronavirusa yoluxub. 29 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb. Son 24 saat ərzində koronavirusdan ölənin olmadığ bildirib.

Məlumata görə, virusa yeni yoluxanların əksəriyyəti xaricdən gələnlərdir.

Qeyd edək ki, dekabr ayından etibarən Çində 84 253 nəfər koronavirusa yoluxub, onlardan 4 642 nəfəri bu səbəbdən dünyasını dəyişib.