Yeni növ koronavirus epidemiyası səbəbindən 189 nəfərin öldüyü və yoluxanların sayı 3 min 977-ə çatdığı Kolumbiyada karantin müddəti ölkə daxilində 11 May tarixinə qədər uzadılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Mətbuat konfransında Kolumbiya Prezidenti İvan Duque, ölkədə 27 apreldə sona çatması planlaşdırılan karantinin mayın 11-dək uzadıldığını açıqlayıb.

Tikinti və istehsal sektorlarının şərti olaraq açılmasına icazə veriləcəyini deyən Duque, may ayının sonuna qədər milli və beynəlxalq uçuşların edilməyəcəyini söyləyib.

Prezident Duque, ümumi karantin tətbiqinin Kolumbiya xalqının sağlamlığını qorumaq, qida tələbatını və dərman vasitələrinə çıxışını təmin etmək olduğunu vurğulayıb.

Evində kimisə həbs etmək istəmədiyini ifadə edən Duque, “Bu azadlıq və ya həbs məsələsi deyil. Məsuliyyətimiz sizin həyatınızı və sağlamlığınızı qorumaqdır. Bunun yoxsulluq və iqtisadi durğunluğa səbəb olmaması üçün tədbirimizi görəcəyik” deyə çıxışına son qoyub.