Çinin Jiangsu əyalətində kimyəvi istehsalın həyata keçirildiyi obyektdə yanğın baş verib.

Unikal.org Çin KİV-ə istinadən xəbər verir ki, yanğının nəticəsi olaraq fabrikdə böyük bir partlayışın baş verdiyi, ölən və yaralananlar haqqında məlumat olmadığı bildirilib. 

Bildirildi ki,  hələlik ölən və yaralananlar barədə dəqiq bir məlumat verilməsə də, partlayışla əlaqədar müəssisə rəsmisi saxlanılıb.

Qeyd edək ki, keçən ilin mart ayında Jiangsu əyalətindəki başqa bir kimyəvi fabrikdə baş verən partlayış nəticəsində 47 nəfər ölmüş, 640 nəfər yaralanmışdı.