Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Belə ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı son 24 saatda 3 nəfər artaraq, ümumi yoluxanların sayı 411-ə çatıb. Onların 97-si sağalıb, 4-ü isə ölüb.
Qeyd edək ki, ölkə üzrə karantində 5 015, stasionar nəzarətdə isə 573 nəfər saxlanılır.