Donald Tramp Şimali Koreya lideri son zamanlarda ağır xəstə olduğu iddia edilən Kim Çen Inla bağlı açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Ağ Evdə keçirilən mətbuat konfransında Şimali Koreyalı həmkarı barəsində "Ümid edirəm ki, onun vəziyyəti yaxşıdır. Əgər yayılan xəbərlər doğrudursa, bu çox ciddi bir haldır" sözlərini deyib.

Tramp Kim Çen Inla münasibətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Şimali Koreya liderinin əməliyyat keçirdiyi və hal-hazırda ağır xəstə olduğu iddia olunmuşdu.