Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irsi qan çatışmazlığından əziyyət çəkən xəstələrə yardım üçün ölkəmizdə könüllü qanvermə aksiyası həyata keçirilir.
Unikal.org xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin işçiləri də bu aksiyaya qoşularaq bu gün (22.04.2020) Milli Hemotologiya və Transfizioligiya Mərkəzi qan bankının Sumqayıt bölməsinə gələrək könüllü qan veriblər. Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Aksiyada iştirak bundan sonra da davam etdiriləcəkdir.