121 saylı Laçın seçki dairəsindən millət vəkili seçilmiş Mahir Abbaszadə və Almaniya Azərbaycan evinin rəhbəri Rövşən Qrosman tərəfindən məcburi köçkünlərə ərzaq yardımı edilib.
Unikal.org xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu Sarıqaya maasivində müvəqqəti məskunlaşmış 100, Sumqayıt şəhəri ərazisində müvəqqəti məskunlaşmış 20 məcburi köçkün ailəsinə gündəlik tələbat mallarından ibarət olan ərzaq bağlaması verilib. Məqsəd koronovirus COVİD-19 pandemiyası zamanı sosial izolyasiya tədbirlərinə əməl edərək evdə qalan aztəminatlı, ahıl, tənha yaşayan ailələrə yardım etməkdir.
Ailələrlə görüş zamanı onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejiminin tələblərinə əməl etmək tövsiyə edilib.