Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə respublikada tətbiq olunan xüsusi karantin rejimi dövründə ehtiyacı olan ailələrə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq köməkliyi göstərilir.
Unikal.org xəbər verir ki, aprelin 22-də Nizami Rayon İcra Hakimiyyəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi ilə birgə 75 ailə olmaqla, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ailə üzvlərini ziyarət ediblər. Əməkdaşlar tərəfindən onlarla ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı profilaktik söhbətlər aparılıb və ərzaq məhsullarından ibarət bağlamalar verilib.
Şəhid ailələrinin üzvləri göstərilən diqqətə görə razılıqların ifadə edərək minnətdarlıqlarını bildiriblər.