"Ramazan ayında əlləri spirtlə dezinfeksiya etmək orucu pozmur".
Bu fikirləri Unikal.org-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi, Cümə məscidinin axundu Hacı Surxay bildirib:
"Spirtlə əlləri silməyin heç bir ziyanı yoxdur.Dinimizdə zamana görə, hökm verilir.Oruc tutan və tutmayan şəxs dezinfeksiya üçün spirtdən istifadə edə bilər.Heç bir problem yoxdur.Sadəcə spirti içməsinlər, daxilə getməsinlər.Həmçinin oruc tutan şəxslər profilaktik məqsədlə üçün tibbi maska və əlcəklərdən istifadə edə bilərlər".