Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.
Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 1 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 013 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.