Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə iki rəis müavini təyin edilib.

Unikal.org-un məlumatına görə, nazir Muxtar Babayevin müvafiq əmri ilə, Vasif Əliyev və Natiq Hətəmov Milli Hidrometeorologiya Xidmətinin rəis müavini təyin olunublar.

Bununla belə, Gülşad Məmmədova isə Milli Hidrometeorologiya Xidmətinin  Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru  təyin edilib. 

Hüseyn İsgəndərov