“Yoluxma hallarının təkrar artacağı halda Operativ Qəraragah rejimin yenidən sərtələşdirilməsi haqqında qərar qəbul edə bilər”.
Unikal.org xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin üzvləri ilə bu gün keçirdiyi videomüşavirədə deyib. O bildirib ki, başqa ölkələrə müqayisədə nail olduğumuz müsbət nəticələr və cənab prezidentin səyləri, vətəndaş və dövlət həmrəyliyinin sayəsində mümkün olub:
“Biz birlikdə güclüyük”.
Qeyd edək ki, Operativ Qərargah COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma hallarını təhlil edib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib.