Daxili işlər nazirinin əmri ilə Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini polkovnik-leytenant Səfər Nuriyev tutduğu vəzifədən azad edilib.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, digər əmrə əsasən o, Baş Narkotiklə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə Regional Polis İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Nuriyev 3 ilə yaxın Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.