Ekvadorda koronavirusdan öldüyü bildirilən Mauri adlı qadının yaşadığı məlum olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu çaşqınlıq xəstələrin qarışdırılması səbəbindən meydana gəlib. Belə ki, 74 yaşlı qadının bacısı qızı Jaime Morla ölən şəxsin kimliyini dəqiqləşdirmək üçün xəstəxanaya çağırılıb.

Ölünün üzünü görməkdən qorxan Morla həmin şəxsin xalası olduğunu bildirib. Daha sonra cəsəd cənazə evinə aparılıb və orada yandırılıb. Ailəsinə isə Mauriyə aid olduğu deyilən küllər göndərilib. 

Gerçək isə komada olan 74 yaşlı qadının gözlərini açması ilə ortaya çıxıb. Ailəsi onun yaşadığına çox sevinib. Yandırılan cəsədin isə kimə aid olduğu hələ ki, məlum deyil.