İranda daha 1153 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 90 min 481 nəfərdir. Koronavirus qurbanlarının sayı isə 60 nəfər artaraq 5710-a çatıb. Bu günədək 69 min 657 xəstə sağalıb.