ABŞ-ın Texas ştatında yaşayan Mikkael Gedlu adlı şəxs ötən ilin dekabr ayında ölkə başçısı Donald Trampı öldürməklə təhdid etmişdi.

Unikal.org xəbər verir ki, o həmin paylaşımda "Onu öldürmədən öncə Trampın buraya gəlməsini gözləyəcəm" sözlərini yazmışdı. 36 yaşlı şübhəli şəxs məhkəmə qarşısına çıxarılıb.

O, bu ifadələri işlətdiyini etiraf edib və məhkəmənin qərarı ilə 18 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Tramp 31 may 2018 tarixində Mikkael Gedlunun yaşadığı ərazidə səfər edərkən Dallas otelində qalıb. Onu ölümlə təhdid edən şəxs isə yaxınlıqdaki küçədə əlində "Trampı öldür" yazılan lövhə ilə görülüb.