Samsun şəhərində adına 1,5 milyon TL dəyərində "Ferrari" olan şəxs sosial yardım almaq üçün cəhd edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, 1000 TL-lik yardım almaq üçün Sosial Yardım Vəqfinə müraciət edib. Onun haqqında aparılan araşdırma zamanı "Ferrari" sahibi olduğu ortaya çıxıb.

Yardım tələb edən şəxs həmin avtomobili istifadə etmədiyini və onun dostuna aid olduğunu iddia edib. Onun sözlərinə görə, dostunun maşını sənədlərdə onun adına göstərilir.