Bolqarıstanda 40 il öncə tikilmiş bina sökülüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin paytaxtı Sofiya şəhərində  "Balkanlarda ən böyük və ən müasir mətbuat evi" olması məqsədilə tikilən 17 mərtəbəli bina partlayıcı maddə ilə sökülüb.

Bunun üçün yüzlərlə kiloqram dinamitdən istifadə olunub. Binanın yerlə-yeksan olduğu görüntülər mobil telefon vasitəsilə lentə alınıb.