Meksikada bir gün ərzində COVID-19 infeksiyasına minə yaxın yeni yoluxma halı aşkar edilib.

Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Epidemiologiya İdarəsinin başçısı Xose Luis Alomia bildirib.

Alomia Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində yayılmış mətbuat konfransının gedişatında bildirib ki, pandemiyanın qlobal fəallığı azalır. Aktiv yoluxma halları davamlı olaraq enir.

Həkimlər son gün ərzində COVID-19-a 825 yoluxma halını təsdiq ediblər. Hakimiyyət xəstəliyə yoluxma ilə bağlı 7 612 şübhəli halı araşdırır. Virusa yoluxması təsdiq edilmiş pasiyentlərin ümumi sayı 67 635 nəfərdir.

Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb.