Səudiyyə Ərəbistanı hökuməti, Çindən yeni koronavirusun (COVID-19) diaqnozu üçün istifadə ediləcək 995 milyon rial (265.3 milyon dollar) tibbi ləvazimat alacağını açıqlayıb. 

Unikal.org Səudiyyə Ərəbistan xəbər agentliyi SPA-ya istinadən xəbər verir ki, Ər-Riyad və Pekin rəhbərliyi arasında 265.3 milyon dollarlıq tibbi təchizat müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, Çinin digər tibbi materiallar kimi Səudiyyə Ərəbistanına 9 milyon test dəsti göndərəcəyi, 6 laboratoriya inşa edəcəyi, bunlardan birinin gündə 10 min test reallaşdıra biləcək bir mobil laboratoriya olacağı bildirilib.

Müqavilədə, 500 mütəxəssis və texniki heyətdən ibarət bir qrupun, testlərin aparılması üçün göndəriləcəyi və Səudiyyə Ərəbistanı səhiyyə işçilərinin bu mövzuda təlim keçəcəyi barədə məlumatlar da paylaşılıb.

Hesabatda Ər-Riyad rəhbərliyinin əvvəllər ABŞ, İsveçrə və Cənubi Koreyadan test dəstləri aldığı və sınaqların sayının 14,5 milyona çatmağı hədəf olduğu bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi  açıqlamasına görə, koronavirus pandemiyasından ölənlərin sayı 139-a, yoluxanların sayı isə  17  min 522 olduğunu bildirilib.