Cənubi Koreya prezidenti Moon Jae-in xarici siyasət məsələləri üzrə böyük məsləhətçisi Moon Chungin, öldüyü barədə şayiə olan Şimali Koreya lideri Kim Çen Inın “sağ və sağlam” olduğunu açıqlayıb.

Unikal.org Moon Chung-in CNN-ə verdiyi açıqlamaya istinadən xəbər verir ki, “Hökümətimizin mövqeyi sabitdir. Kim Çen In sağ və sağlamdır. 13 apreldən bu yana Vonsan bölgəsindədir” deyə bildirib.

Bildirək ki, son bir neçə həftə ərzində Şimali Koreyanın lideri Kim haqqında, səhhətinin yerində olmadığı və ya öldüyü barədə şayiələr yayılıb. 

İddia olunurdu ki, bir qrup çinli həkim Kimin vəziyyəti barədə məlumat vermək üçün bu ölkəyə gedib və Şimali Koreya liderinin aprelin 12-də ürək-damar əməliyyatı keçirməsi və sağalma prosesində olduğu barədə məlumatlar paylaşılıb. 

Qeyd edək ki, Hong Kong Peyk Televiziyası Kimin öldüyünü açıqlayıb, lakin bu xəbər heç bir məmur tərəfindən təsdiqlənmədiyi bildirilib.