İranın Yəzd şəhərində yeni doğulmuş körpə koronavirusa qalib gəlib. 

Unikal.org İran IRNA rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, Səhiyyə Elmləri Universitetinin Rektor müavini Dr.Yezd Şehid Saduki, “Koronavirus xəstəsi olan hamilə qadının dünyaya gətirdiyi, 800 qram çəkiyə malik olan körpə, koronavirusa qalib gəlməyi bacardı” deyə bildirib. Həkim, körpənin vəziyyətinin yaxşı olduğunu və ananında virusa qalib gəldiyini ifadə edib.

Xatırladaq ki, Çindən dünyaya yayılan COVID-19 ilk olaraq 19 fevralda İranın Qum şəhərində görülüb və daha sonra bütün ölkəyə yayılıb.

Qeyd edək ki, bu günə kimi İranda koronavirus səbəbiylə həyat itkisi 5 min  710-a, yoluxanların sayı 90 min 481-ə çatıb.