İsraildə koronavirus pandemiyasına yoluxanların sayı 15 min 443-ə, virusdan həyatını itirənlərin sayı isə 201-ə yüksəlib. 

Unikal.org İsrail KİV-ə istinadən xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, COVID-19 diaqnozu qoyulan daha 3 xəstənin öldüyü bildirilib.

Açıqlamada, COVİD-19 nəticəsində həyat itkisinin 201-yə çatdığı, 295 nəfərdə COVID-19-un aşkarlandığı və yoluxanların ümumi sayının 15 min 148-ə çatdığı bildirilib.

Həmçinin də, açıqlamada, xəstələrin 132-nin vəziyyətinin ağır olduğu və 6 731 adamın sağaldığı da qeyd olunub.

İsraildə, COVID-19 tədbirləri çərçivəsində bütün məktəblərdə təhsil kəsilib, daha çox adamın toplaşması qadağan edilib.

Təl-Əviv rəhbərliyi epidemiya səbəbindən İsraildə yaşayanlardan başqa bütün xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyub.