İngiltərədə Baş nazir Boris Conson, yeni növ koronavirus (COVID-19) müalicəsindən 22 gün sonra yenidən vəzifəsinə qayıdıb.

Unikal.org xəbər verir ki, COVID-19 müalicəsi alan İngiltərənin Baş naziri Boris Conson 22 gün sonra yenidən işə başlayıb.

Dünən gecə Baş nazirlik İş İdarəsinə və 10 nömrəli iqamətgaha qayıdan Conson, bu gün videokonfranslar vasitəsilə keçiriləcək Nazirlər Şurasının iclasına rəhbərlik edəcəkdir.  Consonun gündəlik mətbuat konfransında da iştirak edəcəyi gözlənilir.

Həmçnin də, “Telegraph” qəzetinin hesabatına görə, Boris Cnsonun  bu həftə məhdudiyyətlərin necə azaldılacağına dair planlarını açıqlayacağı gözlənilir.