Koronavirus pandemiyasının mərkəzi ölkələrindən birinə çevrilən İtaliyada son günlərə nisbətən ölü sayında azalma müşahidə olunub. 

Unikal.org xəbər verir ki, iki aydır davam edən COVID-19 pandemiyası ilə bağlı ən son məlumatlar gündəlik mətbuat konfransı əvəzinə Mülki Müdafiə qurumundan yazılı bir açıqlama ilə gəlib.

Açıqlamada, ölkədə aktiv koronavirus yoluxanların sayının, həftənin əvvəlində başlayan enişin əksinə bu gün 256 artaraq 106 min 103-ə çatdığı bildirilib.

Həmçinin də, açıqlamada, son 24 saatda COVID-19-dan ölənlərin sayının 260 nəfər  artaraq 26 min 644-ə çatdığı bildirilib. Ölkədəki mövcud ölüm sayı 14 martdan (175) bəri ən aşağı qeydə alınıb.

Mülki Müdafiə məlumatlarına görə, ölkə daxilində 1 milyon 757 min 659 koronavirus sınağı həyata keçirilib.