Belarusiyadan vətənə qayıda bilməyən 22 Azərbaycan vətəndaşı aprelin 6-dan bu günə qədər Diasporla İş üzrə Dövlət Komitəsinin maddi yardımı ilə otellərə yerləşdirilərək onların gündəlik ehtiyacları tam təmin edilib. Hazırda Minsk şəhərində olan soydaşlarımız oteldə qalma müddətinin başa çatması ilə əlaqədar ikinci dəfə Komitəyə müraciət ediblər. Dövlət Komitəsi onların oteldə qalma müddətinin uzadılmasına kömək edib və aprelin 30-a qədər bütün xərcləri ödəməyi öz üzərinə götürüb.
Unikal.org xəbər verir ki, hazırda Minsk şəhərində olan və oradakı 22 vətəndaşımızın vəziyyətilə bağlı məlumat verən Elman Xankişiyev bildirib ki, bu çətin məqamda dövlətimizdən həm maddi, həm də mənəvi dayaq gördük. Diasporla İş üzrə Dövlət Komitəsi bizi qalacaq yerlə təmin edib və bütün ehtiyaclarımız ödənilir. Biz göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığımızı çatdırırq.
Qeyd edək ki, həmin 22 nəfərin əksəriyyəti Azərbaycana qayıtmaq məqsədilə müxtəlif ölkələrdən Minskə gedən soydaşlarımızdır.