Koronavirus epidemiyası səbəbilə ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar aprelin əvvəlindən çapına ara vermiş “Türküstan” qəzeti bu gündən nəşrini bərpa edir.
Bu barədə Unikal.org-a “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib.
Baş redaktorun sözlərinə görə 3 həftəlik fasilədən sonra qəzetin nəşrini bərpa etməyi qərara alıblar:
“Nazirlər Kabinetinin ötən həftə qəbul etdiyi qərarla 27 apreldən qəzet satışına icazə verildi. Əslində, karantin müddətində çap versiyası çıxmasa da, Turkustan.info saytı vasitəsilə qəzet onlayn şəkildə fəaliyyətini davam etdirib. Həm qəzetin daimi müəlliflərinin yazıları, həm də KİVDF tərəfindən maliyyələşdirilən layihəmiz onlayn versiyada icra olunaraq oxuculara çatdırılıb. İndi isə qəzet satışına icazə verilməsi və karantin rejimindəki müəyyən yumşalma ilə bağlı qəzetin nəşrini may ayına keçmədən bərpa etməyi qərara aldıq. Artıq qəzet bu gün çapa hazırlanır, sabah köşklərdə və abunəçilərimizdə olacaq”.