Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir. Martın 11-dən start verilən teledərslər həftənin 5 günü saat 10:00-dan 16:00-dək “Mədəniyyət” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır.
Unikal.org xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir vurğulayıb ki, aprelin 29-da teledərslərin mininci buraxılışı efirə gedəcək: “Ümumilikdə 1 milyon 600 min şagird teledərslərdən yararlanıb”.