"146-3 qaynar xətti" ilə istənilən şəxsə psixoloji xidmət göstərilməyə başlayıb və bu günə kimi 700 mindən artıq müraciət olunub.
Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, həmin şəxslərə də lazımi köməklik göstərilib.
C.Bayramov qeyd edib ki, 1400 əlavə üz sipəri hazırlanaraq müəyyən hissəsi polis əməkdaşlarına paylanılıb və qalan hissəsi də aidiyyəti üzrə veriləcək.