"Son kursda təhsil alan tələbələrin böyük hissəsi istehsalat təcrübəsində olurdu. Karantin rejimi ilə bağlı həmin yerlərdə xidmət göstərilməsi dayandırılmışdı".
Unikal.org xəbər verir ki, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, istehsalat təcrübəsi müddəti ilə bağlı bir sıra güzəştlər tətbiq edilə bilər: "Bunun üçün də beynəlxalq təcrübəyə baxılır və yekun olaraq bəzi qərarlar qəbul edilə bilər".
C.Bayramov bildirib ki, hərbi xidmətə növbəti çağırışın iyul ayında olması planlaşdırılır: "Bəzi oğlan tələbələr təhsilini müəyyən səbəblərdən bitirə bilmədiyindən bununla bağlı hökumət qarşısında məsələ qaldırıla bilər".