Birinci siniflərə qəbulla bağlı daxili müzakirələr aparılır”.

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Nazir müavini bildirilib ki, məktəbəqədər hazırlıq kurslarında təhsil alan uşaqların bir hissəsi müsahibədən keçib: “Yaranmış vəziyyətlə əlaqədar onlardan 300 nəfərinin müsahibəsini aparmaq mümkün olmadı. O uşaqların və rus bölmələrinə qəbulla bağlı onlayn müsahibələri nəzərdən keçirəcəyik. Həmçinin karantinin rejiminin yumşalması ilə bağlı qərara uyğun olaraq, müsahibələrin canlı aparılması imkanlarını da müzakirə edəcəyik”.